168 layihə 13 milyondan çox vəsait....
Samux rayonun Qırmızı Samux qəsəbəsində tikilən yeni tibb məntəqəsi sakinlərin istifadəsinə verilib. Məntəqə qrant Yardımı Proqramı çərçivəsində inşa edilib. APA TV xəbər verir ki, açılış mərasimində Yaponiyanın Azərbaycandakı səfiri Şuşuke Vatanable çıxış edib: "Bu, Samuxda ilk layihəmizdir. Bundan sonra da rayonda müxtəlif layihələr həyata keçirmək istəyirik. İcra başçısı ilə bu barədə söhbət aparacağıq, rayonda hansı sahələrə ehtiyac olarsa, o istiqmaətdə layihələr həyata keçirəcəyik".
Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev qeyd edib ki, Qırmızı Samux rayondan uzaq məsafədə yerləşir. Burada yeni tibb məntəqəsinin tikintisinə böyük ehtiyac var idi. Yeni tibb məntəqəsinin sahəsi 170 kvadratmetr olmaqla 6 otaqdan ibarətdir. Məntəqə müasir səviyyəli tibbi avadanlıqlarla da təchiz edilib. Burada Qırmızı Samuxda daxil olmaqla ətraf 5 kəndin vətəndaşları müayinə və müalicə olunacaqlar.
Layihənini həyata keçirilməində aktiv olan Gənc Liderlər Təlim Təhsil və İnkişaf İçtimai Birliyinin sədri Səbinə Ələkbərova deyir ki, buna qədər səfirliyin dəstəyi ilə Gəncədə Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya və reanimasiya şöbələri də təmir edilərək istifadəyə verilib.
Qeyd edək ki, Yaponiya səfirliyinin Azərbaycanda imzaladığı qrant müqavilələrinin ümumi sayı 168 olmaqla 13 milyon 500 min 995 dollar təşkil edir.