Qəbələdə Azərbaycan milli mətbuatının 140 illiyi münasibətilə konfrans keçirildi

İyulun 8-də Qəbələdə Prezident Administrasiyasının, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, Mətbuat Şurasının və Qəbələ rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Azərbaycan milli mətbuatı-140: inkişaf yolu və müasir dövrün çağırışları" mövzusunda regional konfrans keçirilib.


APA TV-nin yerli bürosunun xəbərinə görə, Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev çıxış edərək, milli mətbuatın 140 illik yubileyi münasibətilə tədbir iştirakçılarını təbrik edib.

 

Ölkədə mətbuatın inkişafı üçün bütün lazımi addımların atıldığını deyən Ərəstun Mehdiyev görülən işlər nəticəsində regionlarda da mətbuatın inkişaf etdiyini, peşəkar kadrların yetişdiyini vurğulayıb. O prezident İlham Əliyevin “Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında” 2015-ci il 2 iyun tarixli sərəncamına diqqəti cəlb edərək bildirib ki, bu sənədə uyğun olaraq hazırda ölkədə milli mətbuatın yubileyi ilə əlaqədar silsilə tədbirlər keçirilir.

  

Regional konfransda Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev mövzu ətrafında məruzə ediblər.

 

Müəllif | Apa.Tv
Apa.tv