Azərbaycan prezidenti İtaliyaya işgüzar səfərə gedib
Azərbaycan prezidenti İlham Əliyev İtaliyaya işgüzar səfərə gedib.
APA TV-nin məlumatına görə, “Milan Expo 2015” Beynəlxalq sərgisində Azərbaycan pavilyonunun açılışında iştirak etmək üçün Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iyulun 8-də İtaliya Respublikasına işgüzar səfərə gəliblər.
Milanın Malpensa Beynəlxalq Aeroportunda Azərbaycan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.