Berluskoniyə 3 il həbs cəzası

Neapol məhkəməsi İtaliyanın sabiq baş naziri Silvio Berluskoniyə senatorlara rüşvət verilməsi işinə görə 3 il müddətinə azadlıqdan məhrum edib.

 

APA TV-nin xəbərinə görə, istintaq materiallarına əsasən, Silvio Berluskoni 2007-ci ildə senatorlara 3 milyon avro rüşvət verib satın almaq yolu ilə sabiq hökumət başçısı Romano Prodinin istefasına nail olmağa cəhd edib.

 

Bundan əvvəl Neapol prokurorluğu S.Berluskonini korrupsiyada ittiham edərək 5 illik cəzaya məhkum edilməsini istəmişdi.

 

Müəllif | Apa.Tv
Apa.tv