Elçin Quliyev Xudatda vətəndaşları qəbul etdi

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev iyulun 9-da Xudat Sərhəd Dəstəsində Quba, Qusar, Xaçmaz və Şabran rayonlarından olan vətəndaşları qəbul edib.

 

APA  TV-nin şimal bürosunun verdiyi məlumata görə, qəbul zamanı vətəndaşların DSX-də xidmətə qəbul, sosial müavinətlərin verilməsi, mənzil şəraitinin yaxşılaşdırılması, sərhədyanı yaşayış məntəqələrində mövcud olan sosial-məişət problemlərinin həlli və digər məsələlərlə bağlı müraciətlər dinlənilib.

 

Qaldırılan məsələlər DSX-nin müvafiq struktur qurumlarının rəhbərlərinin iştirakı ilə araşdırılıb və konkret tapşırıqlar verilib. Əksər məsələlər yerindəcə həll olunub. DSX-nin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb və baxılmasının təşkili üçün nəzarətə götürülüb.

Müəllif | Apa.Tv
Apa.tv