ABŞ-ın xanım naziri Rusiyanı hədələdi
"Rusiya ABŞ-nın milli təhlükəsizliyi üçün ən böyük təhlükədir. Məhz buna görə Vaşinqton Avropada hərbi gücünün artırılmasına xüsusi diqqət yetirməlidir".
APA TV-nin məlumatına görə, bu barədə "Reuters"ə müsahibəsində ABŞ-ın Hərbi Hava Qüvvələri naziri Debora Li Ceyms açıqlama verib.
Onun fikrincə, Ağ Ev sanki Kremlin ən son addımına reaksiya vermək niyyətindədir. Bu isə Birləşmiş Ştatlarda narahatlıq doğurur. "Amerika "F-16"-ları Avropada öz qətiyyətini hər zaman nümayiş etdirəcək, Rusiya bundan əmin olsun" - deyə Ceyms qeyd edib.
Amerikalı xanım nazir bəzi məsələlərdə məyusluğunu da gizlətməyib. O bildirib ki, NATO-nun Avropadakı bəzi üzvlərinin qorxaq mövqe tutduqlarından təəssüf hissi keçirir: "Biz Avropada iqtisadi çətinliklərin olduğunu anlayırıq, amma hərbi anlaşmada bu hiss olunmamalıdır".