Tomas Melia Azərbaycana gələcək

ABŞ dövlət katibinin köməkçisinin demokratiya və insan haqları üzrə müavini Tomas Melianın Azərbaycana səfəri gözlənilir. APA TV xəbər verir ki, Dövlət Departamentinin təmsilçisi Azərbaycana sentyabrın 9-dan sonra gələcək. Tomas Melia ilə birlikdə USAİD administratorunun köməkçisi Peyc Aleksandrın da ölkəmizə gəlişi gözlənilir. Nümayəndə heyətinin tərkibinə Dövlət Depatamenti ilə yanaşı Pentaqon və Ədliyyə Nazirliyinin təmsilçiləri də daxildir.

Heyət Azərbaycandan öncə Gürcüstana səfər edəcək, bu ölkədə seçkiqabağıl durumu dəyərləndirəcək, rəsmi şəxslər, müxalifət nümayəndələri və vətəndaş cəmiyyətinin liderləri görüşəcəklər. Heyətin Azərbaycan səfərində məqsəd prezident seçkiləri ərəfəsində ölkədə mövcud durumu dəyərləndirməkdir. Tomas Melianın Ermənistana səfəri nəzərdə tutulmur.
 

Müəllif | Apa.Tv
Apa.tv