Ukraynada keçmiş azərbaycanlı deputat avtomobilində partladıldı

Ukraynanın Luqansk vilayətində keçmiş azərbaycanlı deputat öldürülüb.


Luqansk vilayəti Azərbaycanlıları Konqresindən APA-ya verilən məlumata görə, əslən Azərbaycanın Naxçıvan şəhərindən olan, Ukrayna vətəndaşı, 60 yaşlı Əli Gülbaba oğlu Məhərrəmov ötən həftə Krasnıy Luç şəhəri yaxınlığında avtomobilində hərəkətdə olarkən naməlum istiqamətdən qumbaraatanla atəşə tutulub.

 

Avtomobilin partlaması nəticəsində Əli Məhərrəmovun meyiti yanaraq tanınmaz hala düşüb.

 

Uzun müddətdir, Ukraynada yaşayan Əli Məhərrəmov Krasniy Luç yaxınlığında - yaşadığı kənddə dəfn edilib.

 

Mərhum 90-cı illərin əvvəllərində bir çağırış Luqansk Vilayət Şurasının deputatı olub.

 

Müəllif | Apa.Tv
Apa.tv