Şəkidə üç uşaq anası intihar etdi

Şəkidə üç uşaq anası sirkə turşusu içərək intihar edib.


Yerli hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, iyulun 8-də rayonun Böyük Dəhnə kənd sakini, üç uşaq anası, 1966-cı il təvəllüdlü Gülnar Mircavad qızı Hacıyeva hələ ki, istintaqa məlum olmayan səbəbdən intihar etmək məqsədilə sirkə turşusu içib.

 

G.Hacıyeva ağır vəziyyətdə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, o, iyulun 9-da xəstəxanada ölüb.

 

Faktla bağlı Şəki Rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv