İŞİD-ə qoşulan “Taliban” lideri Əfqanıstanda öldürüldü
Əfqanıstanda pilotsuz təyyarədən endirilən raket zərbəsi nəticəsində İŞİD-ə qoşulan “Taliban” liderlərindən biri sayılan Şəhidullah Şəhid məhv edilib.
APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, əvvəllər o, “Taliban” hərəkatının Pakistan qoluna rəhbərlik edib. Bir il əvvəl isə İŞİD terror qruplaşmasına qatıldığını elan edib.
Məlumata görə, raket zərbəsi nəticəsində Şəhidullah Şəhidlə birlikdə daha iki İŞİD silahlısı məhv edilib.