Bakı-Qazax yolunda dəhşətli qəza: bir ailə məhv oldu
Bakı-Qazax magistral yolunun Tovuz rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə bu səhər saat 08.30 radələrində rayonun Qovlar qəsəbəsi ərazisində qeydə alınıb.
Qazaxdan Bakıya sərnişin daşıyan "Daewoo" markalı avtobusla "Mercedes" markalı minik avtomobilinin toqquşması nəticəsində "Mercedes"də olan iki nəfər hadisə yerində ölüb. Avtobusda olan 10-dan artıq sərnişin isə müxtəlif bədən xəsarətləri alaraq, Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Yaralılar xəstəxanaya aparılarkən bir azyaşlının yolda dünyasını dəyişdiyi bildirilir. Daha bir nəfər isə xəstəxanada vəfat edib. Xəstəxanadan qəzada xəsarət alan 10 nəfərə yardım göstərildiyi açıqlanıb.
Faktla bağlı araşdırma aparılır.