Lənkəranın “Nənələr” folklor qrupunun üzvlərindən biri vəfat etdi

Lənkəran rayonunun Separadi kəndində fəaliyyət göstərən məşhur “Nənələr” folklor qrupunun üzvü Xanbibi Əzimova bu gün 79 yaşında dünyasını dəyişib.


APA TV-nın cənub bürosunun məlumatına görə, mərhum kənd qəbiristanlığında torpağa tapşırılıb.

 

Qeyd edək ki, “Nənələr” folklor qrupu 1970-ci ildə yaradılıb. Qrup 1997-ci ilə kimi “Bacılar” adı ilə fəaliyyət göstərib. Repertuarında Azərbaycan və talış dillərində 100-dən çox bayatı və el nəğməsi olan 6 nəfərlik kollektivin mahnı və rəqslərimizin qorunub saxlanmasında, onların gələcək nəsillərə çatdırılmasında  xidmətləri olub.

 

Müəllif | Apa.Tv
Apa.tv