Yunanıstan Türkiyə lirəsindən istifadə etməyə başladı
Yunanıstan Türkiyə lirəsindən istifadə edəcək. APA TV-nin "Milliyət"ə istinadən xəbərinə görə, Yunanıstan nağd pul sıxıntısına görə Türkiyə lirəsi və Bolqarıstan levasından istifadə etməyə qərar verib.
Yunanıstanda sərmayəyə nəzarət üçün bankların bağlanması ilə nağd pul sıxıntısı artır. Ölkə bunun çarəsini qonşu dövlətlərin valyutalarından istifadədə görüb. Yunanıstan Turizm Konfederasiyasının açıqlamasına görə, maliyyə ehtiyatı keçən illə müqayisədə 30-40 faiz düşüb.
Digər tərəfdən, Yunanıstan Banklar Birliyi bankların 13 iyula qədər bağlı qalacağını bildirib. Bundan öncə bankların iyulun 9-da açılacağı açıqlanmışdı.
Çikaqo Universitetinin hüquq professoru Tom Ginsburq Yunanıstanın vəziyyətini təhlil edərkən təklif edib ki, bu ölkə Türkiyəyə birləşsin. O bildirib ki, iki ölkə keçmişdə bir ölkənin tərkibində olub. Yunanıstanın Osmanlıdan 1821-ci ildə ayrılıb. İki ölkə arasında dörd müharibə olub və müharibələrdən sonra bu xalqlar biri-biri ilə xoş olmayan münasibətdə yaşamağa davam etdilər: "Əslində bu fikir düşünüləndən daha az fantastikdir. Yunanıstan avrodan imtina edib Türkiyə lirəsindən istifadə edə bilər. İki ölkə birlikdə federasiya qursa, iqtisadi və maliyyə məsələlərinə Ankara, sosial siyasətə isə Afina nəzarət edər".
Bu birlik Kipr problemini aradan qaldıracağı kimi, paxlava və dolmanın kimə aid olması ilə bağlı mübahisələrə də son qoyar.