Məktəb bufetlərində satışı qadağan edilmiş qidalar
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yeni dərs ili üçün təhlükəsiz və keyfiyyətli qida istehsalını təmin edən, texnoloji şəraitə vahid tələbləri müəyyən edən dövlət standartını təsdiqləyib. Bu standartın əsas məqsədi təhsil müəssisələrində qidalanmanın optimallaşdırılması yolu ilə təhsil və tərbiyə alanların sağlamlığının qorunması və möhkəmləndirilməsidir.
Görəsən, bu il hansı ziyanlı qidaları məktəb bufetlərində görməyəcəyik?
Bu barədə suallarımızı cavablandıran yeyinti məhsullarının iaşə xidmətlərinin keyfiyyətinə dövlət nəzarət şöbəsinin müdüri Mənsim Babayev bildirdi ki, qadağan olunan məhsul çeşidləri çoxdur. O, bir neçəsinin adını bizə sadaladı. Bunlara nələr aiddir.
Mənsim Babayev onu da qeyd etdi ki, məktəblərdə normativ sənədlərin tələbləri pozularsa cərimələr tətbiq olunacaq.
Respublika Gigiyena və Epidimologiya Mərkəzinin şöbə müdürü Ziyəddin Kazımov isə APA TV -yə dedi ki, məktəblərə daxil olan qida həm keyfiyyətli, təhlükəsiz olmalı, həm də müəssisənin texniki vəziyyəti standartlara cavab verməlidir.
Onun sözlərinə görə ədədi satışda olan ərzaq məhsullarının gətirilməsi üçün cavabdeh təşkilat var. Belə ki, həmin məhsulları yalnız qaimələr vasitəsi ilə verilməlidir. Buna birbaşa cavabdehlik məsuliyyəti Bakı tələbə iaşə mərkəzinin üzərinə düşür.
Ziyyədin Kazımov onu da qeyd etdi ki məktəblərin ətrafinda qeyri qanuni pərakəndə küçə ticarətindən götürülmüş məhsullar satışa aparılırdı ki, bunun üçün son 3 ildə ciddi tədbirlər həyata keçirilib və cərimə sanksiyaları tətbiq edilib. Dedi ki, yeni dərs ili başlayan kimi manitorinqlər də keçirəcəklər.
Məktəblərdə qidaların keyfiyyətinə nəzarət məsələsinə aydınlıq gətirən məktəbli və tələbə iaşə səhimdar cəmiyyətinin müşahidə şurasının sədri İlham Hacıyev qeyd etdi ki, onların işlədiyi dövrdə məktəb bufetlərində sertifikatsız qida satışı olmayıb.
Məktəblərdə isti yeməklərin və soyuducuların olmamasına gəlincə, İlham Hacıyev qeyd etdi ki, bütün məktəblərdə ədədi qidaların saxlanılması üçün soyuducular var.
Mətbəxi olan məktəblərdə isə lazım olan avadanlıqlar yetərincədir.Onun sözlərinə görə, mətbəxi olmayan bufetlərə soyuducuların qoyulmasına ehtiyac da yoxdur.
Xülasə biliyin hansı səviyyədə olması təkcə tədris prosesindən deyil düzgün qidalanmaylada bağlıdır. Odur ki, gələcəyimizin necə olması məhz bu uşaqlardan asılıdır. Düzgün qidalanaq ki, sağlam düşünək.