Bakıda güclü külək əsəcək

Bakı və Abşeron yarımadasında iyulun 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, havanın temperaturu gecə 22-26, gündüz 29-34 dərəcə isti olacaq.

 

Atmosfer təzyiqi normadan aşağı 750 mm civə sütunundan 754 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 25-27 dərəcə isti təşkil edəcək.

 

Azərbaycanın rayonlarında iyulun 11-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 21-26, gündüz 34-39, dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti olacaq.

 

Tibbi-meteoroloji proqnoza əsasən, iyulun 11-13-də Abşeron yarımadasında xəzri küləyinin üstünlüyü meteohəssas insanlar üçün müsbət amil olsa da, günün bəzi saatlarında havada rütubətliliyin bir qədər çox olması narahatlıq yarada bilər.

 

Müəllif | Apa.Tv
Apa.tv