Əli Abbasov Ucarda vətəndaşları qəbul etdi

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Ucarda vətəndaşları qəbul edib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, qəbulda Ucar, Zərdab, Ağdaş və Zərdab rayonlarından olan vətəndaşlar iştirak edib. Nazir həmçinin adı çəkilən rayonların poçt rabitə əməkdaşları ilə seminar müşavirə və video bağlantılar edib.

 

Qəbulda əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti işə qəbul və bu sahədə əhalini maraqlandıran məsələlərlə bağlı müraciətlər olub.

 

Jurnalistlərə açıqlamasında Əli Abbasov bildirib ki, əvvəlki illərə nisbətən şikayət edənlərin sayı dəfələrlə azalıb: "Bu gündə cəmi 2 nəfər müəyyən arzularının həyata keçirilməsi üçün müraciət edib. Şikayət xarakterli heç bir müraciət olunmayıb. Şikayətlərin sayının azalmasının əsas səbəbi ölkə prezidentinin bu məsələlərə prinsipial yanaşması nəticəsində bütün nazirliklərin öz işlərini normal təşkil etməsidir".

Müəllif | Apa.Tv
Zahid Abışov