XİN-in kollektivi Fәxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarәt etdi

9 iyul - Diplomatiya Günü ilә bağlı Azərbaycan Xarici İşlәr Nazirliyinin әmәkdaşları nazir Elmar Mәmmәdyarovun başçılığı ilә Fәxri Xiyabanı ziyarәt ediblәr.


APA TV-nin mәlumatına görә, diplomatlar Heydәr Әliyevin vә Zәrifә Әliyevanin mәzarları önünә gül dəstələri qoyublar. Daha sonra onlar Şәhidlәr Xiyabanını ziyarәt ediblәr.

 

Prezident Administrasiyası rəhbərinin müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Mәmmәdov da ziyarәtçilәr arasında olub.

 

Müəllif | Apa.Tv
Apa.tv