Sumqayıtda yaşayış binası partladı: 5 yaralı

Sumqayıtda yaşayış binasında partlayış olub.

 

Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün rayonun Sülh küçəsi 34-cü məhəllədə qeydə alınıb.

 

Partlayış həmin ünvanda yerləşən dördmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində baş verib. Hadisə nəticəsində 5 nəfər xəsarət alaraq, Respublika Yanıq Mərkəzinə yerləşdirilib.

 

Respublika Yanıq Mərkəzindən verilən məlumata görə, bunlar 1963-cü il təvəllüdlü Svetlana Əyyub qızı Qədəşova, 2006-cı il təvəllüdlü Zaur Cavid oğlu Bazurov, 2007-ci il təvəllüdlü Vladimir Əyyub oğlu Bazurov və 1986-ci təvəllüdlü Kristina Bazurovadır.

 

Hadisə nəticəsində yüngül xəsarətlər alan 1947-ci təvəllüdlü Pənah Əliyevin isə xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb.

 

Müəllif | Apa.Tv
Apa.tv