Sərnişin avtobusu dayanacağa çırpıldı: 8 yaralı

Bakıda yol qəzası baş verib.

 

Nizami Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, qəza Qara Qarayev prospektində qeydə alınıb.

 

15 saylı xətt marşrutu üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu idarəetməni itirərək dayanacağa çırpılıb.

 

İlkin məlumata görə, qəza zamanı 8 nəfər xəsarət alıb.

 

Müəllif | Apa.Tv
Apa.tv