Məşhur aktyor Ömər Şərif dünyasını dəyişdi

Məşhur Hollivud aktyoru Ömər Şərif 83 yaşında vəfat edib. APA-nın məlumatına görə, bu barədə “Əl-Ərəbiya” telekanalı məlumat yayıb.

 

Dünya şöhrətli aktyor son illər Altsqeymer xəstəliyindən əziyyət çəkirdi.

 

Qeyd edək ki, Ömər Şərif  (Mişel Demitri Şəlhub) 1932-ci il aprelin 10-da Misirdə doğulub. 1954-cü ildə kino karyerasına başlayıb, 1962-ci ildə "Oskar" mükafatının sahibi olub. 2002-ci ildə Misirə qayıdıb. “Ərəbistanlı Lourens” (1962), “Doktor Jivaqo” (1965),“Gülməli qızcığaz” (1968) və digər filmlərin ulduzu sonuncu dəfə 2013-cü ildə kinoya çəkilib.

 

2015-ci ildə aktyorun prodüseri onun Altsqeymer xəstəliyindən əziyyət çəkdiyini bildirib.

 

Müəllif | Apa.Tv
Apa.tv