Kerri amerikalı generalların anti-Rusiya bəyanatlarını pislədi
ABŞ-ın xarici işlər naziri Con Kerri ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin komandanı Cozef Danfordun "Rusiya Vaşinqton üçün artıq ciddi təhlükəyə çevrilib" açıqlaması ilə razı olmadığını bildirib.
APA TV-nin "Reuters"ə istinadən verdiyi məlumata görə, bu barədə Dövlət Departamentindən bildirib.
"Bəzi amerikalı məmurlar son vaxtlar səlahiyyətlərini aşaraq mübahisəli məsələlər barədə bəyanatlar verirlər. Xüsusilə Rusiyanın Ukraynaya müdaxiləsi məsələsində" - deyə Kerri bildirib.
Xatırladaq ki, ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin komandanı və ölkənin Birləşmiş Hərbi Qərargahının rəisi postuna bir nömrəli namizəd olan general Cozef Danford iki gün öncə Rusiyanı Amerikanın milli təhlükəsizliyi üçün ən böyük təhlükə adlandırıb.
Oxşar bəyanatla ABŞ-ın Hərbi Hava Qüvvələri naziri xanım Debora Ceyms də çıxış edib. O da Rusiyanın hazırkı siyasətinin ölkəsinin milli maraqları üçün təhlükəli olduğunu bildirib. Nazir vurğulayıb ki, Moskvanın Avropadakı addımlarına qarşı Vaşinqton hərəkətə keçməlidir.
Con Kerrinin Amerika generallarının ant-Rusiya bəyanatlarına qarşı iradına Ağ Ev də münasibət bildirib. Ağ Ev rəsmisi Coş Ernest vurğulayıb ki, hərbçilərin məsələyə öz baxışları var, nilli təhlükəsizliyə cavabdeh olan prezident komandasının fikirləri isə heç də belə deyil. Vaşinqtonun və Moskvanın qarşılıqlı siyasətdə kifayət qədər təcrübələri var.