Moskvada ABŞ səfirliyinin əməkdaşı qarət olundu

Moskvanın mərkəzində ABŞ səfirliyinin əməkdaşına qarşı quldurluq edilib. APA TV-nin "Lenta.ru"ya istinadən verdiyi məlumata görə, hadisə Nikolsk küçəsində qeydə alınıb.

 

Səfirlik əməkdaşı yaşadığı evin girişində döyülüb. Naməlum şəxslər ona xəsarət yetirdikdən sonra pulqabında olan 3 min rublu və 60 dollarını, həmçinin səfirliyə giriş kartını götürüb qaçıblar.

 

Zərərçəkən xəstəxanaya çatdırılıb. Cinayəti törədən şəxslərin axtarışına başlanıb.

 

Müəllif | Apa.Tv
Apa.tv