Okean möcüzəsi: vulkan kraterində akulalar yaşayır - REAL GÖRÜNTÜ
Amerika alimləri sualtı vulkan kraterində yaşayan iki akula və skat balığı aşkarlayıblar.
APA TV-nin "Daily Mail"ə istinadən verdiyi məlumat görə, canlılar özlərini çox yaxşı hiss edirlər. Onlar olduqca qaynar və turşuluq dərəcəsi yüksək olan suda rahat üzürlər.
Okeanoloqlar çətinliklə dərinliyi 45 metr olan Kavaçi vulkanının kraterinin içərisinə yalnız bir saat müddətində iki kamera yerləşdirə biliblər. Bundan sonra mütəxəssislər orada akulaların iki - bürünc və çəkicbaş növlərinin yaşadığının şahidi olublar. Bundan başqa, kraterdə skat və bir neçə digər balığın da üzdüyü kamera görüntülərinə düşüb. "Bu balıqların olduqca qaynar və turşuluq həddi yüksək olan suda yaşamaları və bu temperatura necə adaptasiya olduqları möcüzədir" - deyə okeanoloq Brennan Filips qeyd edib.
Xatırladaq ki, Kavaçi dünyadakı sualtı vulkanlardan ən aktiv olanlardandır. Bu vulkan ilk dəfə 1939-cu ildə püskürüb. 2003-cü ildəki təbiət hadisəsi zamanı ərazidə sonradan yenidən sular altında qalan 15 kvadrat metrlik ada əmələ gəlib.