Yəməndə "Ramazan atəşkəsi" pozuldu: Səna bombalanır
Yəməndə bir gün öncə edilmiş "humanitar atəşkəs" anlaşmasına əməl edilməyib.
APA TV-nin "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, razılaşmadan iki saat keçməmiş "ərəb koalisyası" paytaxt Sənan bombalamağa başlayıb.
Aviazərbələr Ədən şəhərinə də endirilib. BMT-dən bildirilib ki, Yəməndə münaqişə başlayandan ikinci dəfə elan olunan "humanitar atəşkəs" Ramazan ayına görə razılaşdırılıb. Husi üsyançılarının rəhbərliyi əvvəlcə müttəfiqlərin bombardmanı dayandırdığını bildirsə də, sonradan hava zərbələrinə yenidən start verildiyini açıqlayıb. Hədəfin Sənadakı prezident iqamətgahı, şəhərin mərkəzi və Ədəndəki husi mövqelərinin olduğu qeyd edilir.