Gəncədə 49 yaşlı kişi körpüdən yıxıldı
Gəncə şəhər sakini bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.
APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Müseyib Bağırov küçəsində, Gəncə çayının üzərində olan körpüdə baş verib.
Şəhər sakini, 1966-cı il təvəllüdlü Azər Məmmədov körpü üzərində hərəkət edərkən ehtiyatsızlıqdan körpüdən yıxılıb. Ağır bədən xəsarətləri alan 49 yaşlı kişi Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onu vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.