İŞİD Misirdə piramidaları və sfinks heykəlini məhv edəcəyini açıqladı
Son dövrlər Misirdə hücumlarını artıran İŞİD terrorçuları piramidaları və sfinks heykəlini məhv edəcəyini açıqlayıb.
APA TV-nin "The Telegraph"a istinadən xəbərinə görə, terrorçuların lideri Əbu Bəkr əl-Bağdadinin büt saydığı piramidaların və sfinksin yıxılması "dini vəzifə" elan olunub.
Böyük Britaniya vətəndaşı olan müsəlman aktivist Anjem Çaudari Misirdə xilafətin bərqərar olmasından sonra "piramidalar və sfinks kimi abidələrin büt olmayacağını" deyib.
Ötən il də küveytli vaiz İbrahim əl-Kandri piramida və sfinksin dini deyil, tarixi abidə olduğu üçün məhv edilməsində problem olmadığını açıqlayıb. O deyib ki, "daha öncə bunların müsəlmanlar tərəfindən məhv edilməməsi, "məhv edilməməlidir" anlamına gəlməz".
Qeyd edək ki, UNESCO-nun maddi irs siyahısında olan piramidalar və sfinks Misirin turizm sektoru üçün olduqca önəmli abidələrdir. Hər il minlərlə insan onları görmək üçün Misirə səyahət edir.
İŞİD sonuncu dəfə Suriyada yerləşən antik Palmira şəhərindəki bir neçə min illik tarixi tikililəri və heykəlləri yox edib.
Elvin Bayramlı