İranın nüvə proqramı ilə bağlı danışıqlar ikitərəfli formata keçir

Vyanada ABŞ-ın dövlət katibi Con Kerri, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik üzrə ali komissarı Federika Mogerini və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif arasında danışıqlar başlayıb.

 

APA TV-nin "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bundan əvvəl Con Kerrinin Almaniyalı həmkarı Frank-Valter Ştaynmayerlə təkbətək görüşü olub. Dövlət Departamenti rəhbərinin Avstriya paytaxtında nüvə danışıqlarını davam etdirməyə qayıdan Fransanın xarici işlər naziri Loran Fabiusla görüşəcəyi isə istisna edilir.


Artıq Tehranın nüvə proqramı ilə bağlı danışıqlar "altılıq" ölkələri ilə deyil, ikitərəfli formata keçib. Yalnız iki tərəf arasında razılıq əldə olunacağı halda, "altılıq" nümayəndələri yekun qərar üçün yenidən toplanacaq. Buna səbəb kimi sazişin bağlanması istiqamətində ümumi dilin tapılmaması göstərilir. Məhz bu faktın uğurlu sonluğa mane olduğu deyilir.

 

Xatırladaq ki, İran tərəfi də Qərb ölkələrinin mövqeyində dəyişiklik hiss olunduğunu bildirib. Məhəmməd Cavad Zərif həmin dövlətlərdən seçimlərini eşitmək istədiklərini açıqlayıb.

Müəllif | Apa.Tv
Apa.tv