Rusiyada hərbi hissədə faciə: 23 ölü

Rusiyanın Omsk şəhərində Hərbi Desant Qoşunlarının kazarması uçub.

 

APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, hadisə iyulun 12-də axşam saatlarında baş verib.

 

Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, Dağıntılar altından 42 nəfər çıxarılıb, onlardan 23-ü ölü olub. 

 

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin "Səhlənkarlıq" maddəsinin üç b'ndi üzrə cinayət işi başlanıb. Hadisə yerində müstəntiqlər, həmçinin Baş Hərbi Prokurorluğun əməkdaşları işləyirlər.

 

Müəllif | Apa.Tv
Apa.tv