Xaçmazda maşın ağaca çırpıldı

Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hadisə Gəndob-Yalama yolununun Qımılqışlaq kəndi ərazisindən keçən hissəsində baş verib.

 

27 BJ 991 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomaşın idarə etməni itirərək yol kənarındakı ağaclara çırpılıb. Hadisə nəticəsində avtomobildə olan sərnişin, 24 yaşlı Turane Konut Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ona qapalı kəllə-beyin travması, baş-beyin sirkələnməsi, sol təpə nahiyəsinin yumşaq toxumalarının əzilməsi diaqnozu qoyulub. 

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Vəli Turan