İŞİD-ə sədaqət andı içən talibançılar öldürüldü
Əfqanıstanda fəal olan silahlı qruplaşmaların tərkibindən çıxaraq İŞİD-ə qoşulan daha bir terrorçu öldürülüb.
APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, o, ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin endirdiyi aviazərbələr nəticəsində məhv edilib.
Hafiz Səid İŞİD-in liderlərindən sayılıb. Onun rəhbərlik etdiyi silahlı dəstələr Əfqanıstanın şərqindəki Nanqarhar əyalətində aktiv olub. Hafiz Səidin adı bölgədə koalisiya qüvvələrinin məhv etmək istədiyi şəxslərin siyahısında olub. Onunla bərabər daha 30 terrorçu öldürülüb. Onların İŞİD-ə sədaqət andı içən "Taliban"çılar olduqları deyilir. Həmin şəxslər Əfqanıstanda İŞİD-ə bağlı "Xorasan vilayəti" qurmaq niyyətində olublar.