Vyanada Tehran tələbi: Ya bu gün, ya heç vaxt!


Bu gün İranla "altılıq" ölkələri arasında Tehranın nüvə proqramı ilə bağlı sazişin imzalanacağı gözlənilir. APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, son iki həftədə razılaşma müddətinin uzadılması bəzi həssas məqamların yenidən gözdən keçirilməsi ilə bağlı olub. Tərəflərin rəyi ilə bu müddətin bu günkü yekun qərarla başa çatacağı deyilir. Amma vaxtın yenidən uzadılacağı da istisna edilmir. Tehran isə "ya bu gün, ya heç vaxt" açıqlamasını verib. Bu mövqeni İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ortaya qoyub. Xatırladaq ki, imzalanacaq bu sənəd tarixi əhəmiyyət daşıyır. Razılaşma əldə olunarsa İran nüvə proqramını məhdudlaşdıracaq, bunun müqabilində isə qərb Tehrana tətbiq etdiyi sanksiyaları aradan qaldıracaq. Bu arada Rusiyanın xarici işlər naziri Sergey Lavrov da yenidən danışıqların keçirildiyi Vyanaya qayıdıb. Bundan əvvəl Rusiya təmsilçisi yalnız prosesdə real nəticə hiss olunacağı təqdirdə Avstriya paytaxtına gələcəyini açıqlamışdı.

Müəllif | Apa.Tv
Apa.tv