Bağdadda silsilə partlayışlar: 29 ölü, 80 yaralı

İraq paytaxtında bir neçə terror aktı törədilib. APA TV-nin məlumatına görə, ən güclü partlayış Bağdadın mərkəzində qeydə alınıb.

 

Partlayışlar nəticəsində 29 nəfərin öldüyü, 80 nəfərin yaralandığı bildirilir. Paytaxtın mərkəzi bazarında törədilən partlayışı terrorçu-kamikadze insanların gur olduğu yerdə həyata keçirib. Bağdadın digər iki bölgəsində isə partlayışlar avtomobillərdə yerləşdirilən partlayıcı qurğuların işə salınması nəticəsində baş verib.

 

Hələlik terror aktlarına görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib. Ölkə rəhbərliyi baş verənlərə görə İŞİD-dən şübhələnir.

Müəllif | Apa.Tv
Apa.tv