Balakən sakini quyuya düşdü: ayaqları yandı

Balakəndə 34 yaşlı kişi iki ayağından yanıq xəsarəti alıb.

 

Balakən Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA TV-nin Şəki-Zaqatala bürosuna verilən məlumata görə, dünən axşam rayonun Qullar kənd sakini, 34 yaşlı Elman Xipiyev yanıq xəsarətləri ilə daxil olub.

 

Müayinə zamanı məlum olub ki, 34 yaşlı  Elman Xipiyevin hər iki ayağında 3-cü dərəcəli termiki yanıq xəsarətləri var. Onun sözlərinə görə, həyətlərindəki zibilin yandırılması üçün nəzərdə tutulan quyuya yıxılması nəticəsində hər iki ayağı dizdən aşağı 2-ci və 3-cü dərəcəli termiki yanıq xəsarətləri alıb.

 

Hazırda xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilən Elman Xipiyevə lazımi tibbi yardım göstərilib, vəziyyəti ağır-stabil qiymətləndirilir.


Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv