Şəkidə iki uşaq anasını ilan sancdı
Şəkidə iki uşaq anasını ilan sancıb.
APA TV-nin məlumatına görə, rayonun Kiçik Dəhnə kənd sakini, iki uşaq anası 1975-ci il təvəllüdlü, Aygün Qədirova ilan sancması ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Həkim müayinəsi zamanı məlum olub ki, 40 yaşlı Aygün Qədirova yaşadığı evin yaxınlığında küçə ilə gedərkən qəfildən ilan onun sol ayağının topuq nahiyəsindən sancıb. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Aygün Qədirovaya lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.