İranla "altılıq" ölkələrini anlaşması gələn həftəyə qaldı

İranla "altılıq" ölkələri arasında nüvə danışıqlarının müddəti yenidən uzadılıb.

 

APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, tərəflər yekun qərarı bazar ertəsi günü verəcəklərini açıqlayıblar.

 

Xarici işlər nazirləri uğurlu nəticə əldə olunana qədər işləyəcəklərini bildiriblər. İran tərəfi məsələnin 99 faizinin razılaşdırıldığını qeyd edib. Bunu ölkənin xarici işlər nazirinin müavini Seyid Abbas Əraqçı deyib: "Biz final mərhələsindəyik. İki-üç gün ərzində son qərarı açıqlayacağımıza inanıram. Yalnız bir neçə kiçik detallar üzərində iş gedir ki, bunlar həll olunmadan heç nə deyə bilmərik. Müəyyən etdiyimiz vaxta qədər hər şeyin uğurlu olacağına əminəm".

Müəllif | Apa.Tv
Apa.tv