Əfqanıstanda silsilə partlayışlar: ölənlərdən 12-si uşaqdır
Əfqanıstanda silsilə terror aktları törədilib. APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, Kabul, Host şəhərlərində və ölkənin şimal əyalətlərində baş verən partlayışlarda çox sayda insan həyatını itirib.
Host şəhərində terrorçu-kamikadzenin avtomobildə yerləşdirdiyi partlayıcı qurğunu işə salması nəticəsində 30-dan çox sakin ölüb. Onlardan 12 nəfəri azyaşlıdır. Terror aktı hərbi bazanın yaxınlığındakı blok-postun yaxınlığında törədilib.
Ölkənin şimalında isə partlayış məscidlərin birinin yaxınlığında qeydə alınıb. Ən azı 25 nəfərin öldüyü bildirilir. Paytaxtda isə ard-arda iki partlayış baş verib. Kabuldakı terror aktları nəticəsində insan itkisi olmayıb.
Hadisələrlə bağlı hələlik heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.