"Qarabağ"ın yeni qaradərili hücumçusu - QOLLAR!
Azərbaycanın "Qarabağ" futbol klubu bu gün heyətini yeni forvardla möhkəmləndirəcək.
Klubun mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, rəhbərlik holland hücumçu Raydell Puponla razılaşma əldə edib.
Onunla iki illik müqavilə bağlanacağı deyilir. Bundan əlavə "Qarabağ" Avropa Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Çernoqoriyanın "Rudar" komandası ilə görüşə 24 saat qalmış onun adını siyahıya əlavə etməli və bu barədə UEFA-ya məlumat verməlidir.
Qeyd edək ki, Pupon karyerası ərzində Hollandiya klublarından başqa legioner kimi yalnız Fransa "Valansyen"in şərəfini qoruyub.
APA TV "Qarabağ"ın yeni transferinin son klubunda vurduğu bəzi qollarını təqdim edir.