Şəkidə 15 yaşlı oğlanı elektrik cərəyanı vurdu

Şəkidə 15 yaşlı yeniyetmə elektrik cərəyanı vurması nəticəsində yanıq xəsarəti alıb.

 

APA TV-nin  məlumatına görə, hadisə iyulun 13-də axşam saat 20:30 radələrində baş verib.

 

Şəki şəhəri, Bağbanlar küçəsi, 61/39 ünvanında yaşayan, 2000-ci il təvəllüdlü Sərvan Sərvər oğlu Cəbiyev məşqdən çıxıb evə gedərkən şəhərin Şərbablar küçəsində yerləşən yüksək gərginlikli transformatorun yerləşdiyi otağın içərisinə girib və bu zaman onu elektrik cərəyanı vurub. Nəticədə 15 yaşlı Sərvan Cəbiyev sol çiyin nahiyəsindən aldığı yanıq xəsarəti ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib.


Şəki MRX-dan APA TV-yə verilən məlumata görə, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Sərvan Cəbiyevə lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-stabil qiymətləndirilir.


Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv