Tovuzda mərmi partladı: 3 yaralı

Tovuzda partlayış baş verib.

 

APA TV-nin Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyulun 13-də Tovuz rayonunun Əlibəyli kəndində yaşayan İslam Xanbabayevin həyətində tikinti işləri aparılarkən onun qonağı, Bakı şəhər sakini Tuncay Xanbabayevin tapdığı iriçaplı patron partlayıb.

 

2007-ci il təvəllüdlü Tuncay Xanbabayev, 2003-cü il təvəllüdlü bacısı Nərmin və 1971-ci il təvəllüdlü qohumu Dürdanə Nağıyeva xəsarət alıb və xəstəxanaya yerləşdiriliblər. Tuncay Xanbabayevin vəziyyəti ağır olduğu üçün Bakıdakı xəstəxanalardan birinə göndərilib. 

 

 

Müəllif | Apa.Tv
Apa.tv