İŞİD 104 qadını sünnət etdi

Həyata keçirdiyi edamlarla gündəmdən düşməyən İŞİD terrorçuları bu dəfə qadınları sünnət ediblər.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, terrorçuların əlində olan İraqın Mosul şəhərində 104 qadın sünnət edilib.

 

Qadınlar İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin təlimatı ilə sünnət olunub. Bağdadinin tapşırığını təşkilatın qadın birliyi "əl-Hensa" yerinə yetirib.

 

Bundan başqa, terrorçular Mosulda mobil telefonla video çəkən üç gəncin başını xalqın gözü qarşısında kəsib.

Müəllif | Apa.Tv
Apa.tv