Antalyada hotel işçisi 21 yaşlı rus turisti zorladı

Türkiyənin Antalya şəhərindəki hotellərdən birinin əməkdaşı həbs olunub.

 

APA TV-nin "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, o, 21 yaşlı rus turisti zorlamaqda ittiham edilir.

 

Hadisə Antalyanın Çamyuva bölgəsindəki hotellərin birində baş verib. Şübhəli şəxs hotelin texniki işçisidir. Rus qadının sözlərinə görə, həmin şəxs səhər vaxtı ehtiyat açardan istifadə edərək onun otağına daxil olub və ona təcavüz edib. Bundan sonra qadın hotelin inzibatçılarına müraciət edib və polis çağırılıb.

Müəllif | Apa.Tv
Apa.tv