Con Kerri və Məhəmməd Cavad Zərif Nobel mükafatına namizəd oldular
Stokholm Dünya Problemlərinin Araşdırılması Beynəlxalq İnstitutu ABŞ-ın dövlət katibi Con Kerrini və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifi Nobel mükafatına namizəd göstərib.
APA TV-nin IRNA agentliyinə istinadən verdiyi məlumata görə, qurumun eksperti Tarik Rauf bunun İranla "altılıq" ölkələri arasında əldə olunan razılaşmada hər iki diplomatın səylərinə verilən qiymət olduğunu qeyd edib.
Xatırladaq ki, Vyanada nüvə danışıqları marafonu bitib və uğurlu nəticə əldə olunub. Qərbi təmsil edən nümayəndələr bildirib ki, bu saziş İranın nüvə silahı əldə etməsinə aparan yolu bağlayıb. Bu arada Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, bu problemin həlli məhz Rusiyanın 3 il əvvəl irəli sürdüyü "mərhələli və qarşılıqlı anlaşma konsepsiya"sı nəticəsində mümkün olub.