Azərbaycanda bank bağlandı: əmanətlər qaytarılır
Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 10 iyul 2015-ci il tarixli qərarı ilə “Azərbaycan Kredit Bankı” ASC-nin bank lisenziyası ləğv edilib.
Mərkəzi Bankdan "APA-Economics”ə verilən məlumata görə, bu qərar bankın məcmu kapitalın minimal məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, eləcə də Mərkəzi Bankın verdiyi yazılı göstərişlərini yerinə yetirmədiyinə görə verilib.
Bank lisenziyasının ləğvi barədə qərar 16 iyul 2015-ci il tarixində qüvvəyə minəcək.
Qeyd edək ki, iyulun 13-də Mərkəzi Bank “EvroBank”ın lisenziyasını ləğv edib, “Azərbaycan Kredit Bankı”na isə müvəqqəti inzibatçı təyin edib. Mərkəzi Bank bir daha bildirir ki, “Azərbaycan Kredit Bankı”nda əhalinin əmanətləri üçün heç bir təhlükə yoxdur və onların tam məbləğdə qaytarılması üçün bankda yetərli likvid vəsaitlər mövcuddur. Hazırda bankda əhalinin əmanətlərinin geri qaytarılması prosesi gedir.