Sinoptiklərdən xəbərdarlıq: temperatur 8 dərəcə düşəcək

Sabah  Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, havanın temperaturu gecə 21-25, gündüz 27-32 dərəcə isti olacaq.

  

Azərbaycanın rayonlarında iyulun 16-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti olacaq.


Sinoptiklər Azərbaycan ərazisində gözlənilən hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib. İyulun 16-da gündüzdən ikinci ongünlüyün sonunadək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi, şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir.

 

Havanın temperaturu tədricən 4-8 dərəcə aşağı enəcək.

Müəllif | Apa.Tv
Apa.tv