Səbaildə milli mətbuatın 140 illik yubileyi qeyd olundu

Milli mətbuatın 140 illik yubileyi münasibətilə Səbail Rayon İcra Hakimiyyətində media təmsilçiləri ilə ənənəvi tədbir-görüş keçirilib.

 

APA TV-nin xəbərinə görə, Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov mətbuatın cəmiyyətin həyatındakı rolundan bəhs edib.

 

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Azərbaycan mətbuatının 140 illiyi çərçivəsində rayonlarda keçirilən tədbirlərdən söz açıb. O, iyulun 22-də Bakıda Gülüstan sarayında yubiley tədbiri keçiriləcəyini də açıqlayıb. 

  

Səbail Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri İsrafil Kərimov son bir il ərzində İcra Hakimiyyəti tərəfindən mətbuatla bağlı görülən işlərə dair analitik hesabatı diqqətə çatdırıb.

 

Daha sonra Milli Mətbuat Günü münasibətilə 75-dən çox KİV nümayəndəsinə Səbail Rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim olunub. 

 

Müəllif | Apa.Tv