"Taliban" lideri: "Əfqanıstanda sülh naminə atılan addımlar təqdirəlayiqdir"

"Taliban" lideri Molla Məhəmməd Ömər Əfqanıstanda sülhün təmin olunması yolunda ölkə rəhbərliyi ilə keçirilən danışıqların düzgün addım olduğunu bildirib.

 

APA TV-nin "Frans Press"ə istinadən verdiyi məlumata görə, o, tərəflər arasında Pakistan paytaxtında iyulun 7-də keçirilən görüşü yüksək dəyərləndirib.

 

Molla Məhəmməd Ömər qeyd edib ki, həmin görüşdə Çin və ABŞ nümayəndələri də müşahidəçi kimi iştirak ediblər. Danışıqların Ramazan ayından sonra davam etdiriləcəyi vurğulanıb. "Əgər bizim dini görüşlərimizə nəzər salsanız, görərsiniz ki, sülhə görə hətta düşmənlə də anlaşmaq məqsədəuyğundur" - deyə "Taliban" lideri bəyan edib. O bildirib ki, lideri olduğu təşkilat Əfqanıstanın işğalına son verilməsini istəyir və onun bu açıqlamaları müqəddəs məqsədlər uğrunda islamın bütün qanunauyğunluqları ilə uzlaşır.

Müəllif | Apa.Tv
Apa.tv