Goranboyda “VAZ-2106” yük maşınına çırpıldı: ölən və yaralanan var
Goranboy rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.
APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Dəliməmmədli şəhəri ərazisində qeydə alınıb.
Kənd sakini, 1961-ci il təvəllüdlü Aslan İbrahimov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarında dayanan “MAN” markalı yük avtomobilinə çırpılıb. Qəza nəticəsində “VAZ-2106”nın sürücüsü və sərnişin - 1962-ci il təvəllüdlü Yeganə İsmayılova bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Sürücü A.İbrahimov aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.