"Unibank"dan Ramazan kampaniyası
Ramazan bayramı ərəfəsində ölkə bankları müxtəlif kampaniyalar keçirir. "Unibank" isə öz müştərilərinin bayramını həm komissiyasız kredit kampaniyası ilə, həm də "Albalı Plus" kart sahibləri üçün hazırladığı xüsusi sürprizlərlə təbrik edir.
Ramazan bayramında "Unibank" müştərilərini iki bayram kampaniyası gözləyir. Bankın xidmətlərindən istifadə edən vətəndaşlar bayramdan əvvəl keçirilən komissiyasız kredit kampaniyasından faydalana biləcəklər.
"Unibank"ın şöbə müdiri Rasim Babayev: "Unibank" Azərbaycan xalqının Ramazan bayramını təbrik edir, bol ruzi-bərəkət arzulayır. Bu müqəddəs bayram günlərində bankımız dəyərli vətəndaşlarımız üçün müxtəlif bayram kampaniyaları keçirir. Bayramdan bir gün əvvəl - iyulun 16-da filiallarımıza müraciət edən vətəndaşlarımız 0% komissiyalı nağd kreditlərdən faydalana bilərlər. Aksiya həm dollar, həm də manat kreditlərinə şamil olunur".
"Albalı Plus" və "Albalı" kart sahiblərinə də "Unibank"ın bayram hədiyyəsi var.
"Unibank"ın şöbə müdiri Rasim Babayev: "Albalı Plus" kart sahiblərini bayramın bütün günlərində bayram sürprizləri gözləyir. İyulun 16-dan 20-dək "Albalı Plus" kartı ilə 3 və daha uzun müddətə alış-veriş edən hər kəsə "Unibank"dan da bir ay hədiyyə olunacaq".
"Unibank" hazırda 40 filialı ilə ölkə vətəndaşlarının xidmətindədir. Müştərilərinə bütün həftəni xidmət etmək üçün "Unibank"ın filialları həftənin 5 günü nahar fasiləsi olmadan səhər saat 09.00-dan axşam 17.00-dək, şənbə günləri isə 10.00-dan 14.00-dək fəaliyyət göstərir.
"Unibank" - hər kəsin bankı!