Lukaşenkonun kortejində qəza: yaralılar var - REAL GÖRÜNTÜ

Belarus prezidenti Aleksandr Lukaşenkonun korteji Orşa-Moqilyov magistral yolunda qəza uğrayıb.


APA-nın "UNN"ə istinadən verdiyi xəbərə görə, hadisə iyulun 7-də yerli vaxtla 21.00 radələrində, Aleksandr Lukaşenko Aleksandriya şəhərindən Minskə dönərkən baş verib.  

 

"BMW" markalı avtomobil prezident kortejinin tərkibindəki "Mercedes" markalı  mikroavtobusa çırpılıb. Nəticədə mikroavtobus yoldan çıxaraq aşıb, avtomobildə olan sərnişinlər ciddi xəsarət alıblar" deyə sosial şəbəkələrdə hadisənin şahidləri paylaşıb.

 

Məlumata görə, Aleksandr Lukaşenkonun özü qəzaya uğrayan avtomobildə olmayıb.  Avtomobildə mühafizə xidmətinin əməkdaşlarının olduğu bildirilir. Onlar xəstəxanaya yerləşdirilib.

 

"BMW"nin sürücüsü barəsində artıq cinayət işi başlanıb.

Müəllif | Apa.Tv
Apa.tv