Dollar bahalaşdı, avro ucuzlaşdı

Bu gün iyulun 15-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi artıb.


"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) iyulun 16-na olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0003 manat və ya 0,03% artaraq 1,0495 manat olub.

 

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0069 manat və ya 0,60% azalaraq 1,1477 manat olub.

Müəllif | Apa.Tv
Apa.tv